Eduard Şevardnadzeyə sui-qəsd edənlər əfv oluna bilər

Eduard Şevardnadzeyə sui-qəsd edənlər əfv oluna bilər
# 17 iyul 2007 13:17 (UTC +04:00)
Gürcüstan Dövlət Əfv Komissiyası 18 məhbusun əfv olunması ilə bağlı məsələni müzakirə edəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, sənədləri əfv olunmaq üçün təqdim edilmiş şəxslər siyahısında 1998-ci il fevralın 9-da sabiq prezident Eduard Şevardnadzeyə qarşı sui-qəsddə iştirak edən Qeronti Kobaliya, Zurab Edjibiya və Bondo Toduanın da adı var. Zviad Qamsaxurdiya hökumətində təmsil olunan Nemo Burçuladze həmin sui-qəsddə iştiraka görə 16 nəfərin həbs olunduğunu, onlardan 11 nəfərin azadlığa buraxıldığını deyib. Nemo Burçuladze digər şəxslərin nə üçün həbsdə saxlandığını ona məlum olmadığını deyib. Xatırladaq ki, Eduard Şevardnadzeyə sui-qəsd zamanı prezidentin iki mühafizəçisi həlak olub. Sui-qəsd iştirakçılarının əfvi ilə bağlı yekun qərarı prezident Saakaşvili qəbul etməlidir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR