Bank Of Baku

Gürcüstan mətbuatı: “Daşnaklar Ermənistan, Dağlıq Qarabağ, Rusiya, Suriya və İrandan olan erməniləri Cavaxetiyada yerləşdirirlər”

Gürcüstan mətbuatı: “Daşnaklar Ermənistan, Dağlıq Qarabağ, Rusiya, Suriya və İrandan olan erməniləri Cavaxetiyada yerləşdirirlər”
# 17 iyul 2007 15:50 (UTC +04:00)
Bu fikirləri Gürcüstanda nəşr olunan “Palitra” və “Yeni Yeddi Gün” qəzetlərində erməni millətçilərinin Gürcüstanda ərazi iddiaları ilə bağlı aktiv fəaliyyəti ilə bağlı məqalədə öz əksini tapıb. “Qeyrət” Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərovun APA-ya verdiyi məlumata görə, Gürcüstan Gənc Vətənpərvərlər Birliyinin çoxsaylı müraciətləri əsasında hazırlanmış yazıda erməni daşnaklarının separatçı fəaliyyəti tam ifşa olunur. Yazıda bildirilir ki, son zamanlar bölgədə daşnakların dəstəyi ilə yaradılan separatçı “Cavaxkın Milli Azadlıq Hərəkatı” Gürcüstan dövlətinin və gürcü xalqının ünvanına təcavüzkar bəyanatlar səsləndirir: “Erməni separatçıları bölgədə antigürcü fəaliyyətlərini gücləndirərək, Ermənistandan, Dağlıq Qarabağdan, Rusiyadan, Suriya və İrandan olan erməniləri müxtəlif adlar altında Ninosminda rayonuna yerləşdirməyə başlayıblar. Qorelovka kəndində yaşayan duxobor ruslar erməni şovinistlərinin təzyiqlərinə dözməyərək, bölgəni tərk etmək məcburiyyətində qalıblar. Qandza kəndində erməni separatçılarının qeyri-formal hərbi dəstələri mövcuddur ki, bu da Gürcüstanın ərazi bütövlüyünə ciddi təhlükə yaradır. Gürcüstanın hazırkı rəhbərliyi bütün bunlara ermənilərlə hansısa qohumluq əlaqələrinə malik olmaları səbəbindən göz yumsa da, gürcü xalqı ayağa qalxaraq ermənilərin bölgədə artan şovinist əhval-ruhiyyəsinin qarşısını almalıdır”. Əlibala Əsgərovun sözlərinə görə, yazının sonunda gürcü müəllif erməni daşnaklarının qonşu Azərbaycan xalqına qarşı da ərazi iddialarını misal gətirərək, ermənilərin nə qədər iyrənc və xəyanətkar bir xalq olması qənaətinə gəliblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR