Bank Of Baku

Gürcüstan Dövlət Dəftərxanasının binası satışa çıxarıla bilər

Gürcüstan Dövlət Dəftərxanasının binası satışa çıxarıla bilər
# 27 iyul 2007 15:16 (UTC +04:00)
Tiflisin mərkəzində yerləşən Gürcüstan Dövlət Dəftərxanasının binası satışa çıxarıla bilər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, hazırda Dövlət Dəftərxanasının binasında həm prezident, həm də hökumət üzvləri əyləşir. Cənubi Koreyanın “Landmark Worldwide” şirkəti hökumət üçün xüsusi bina tikir, bunun üçün Tiflis ərazisində 60 min kvadrat metr ərazi ayrılıb. İqtisadi inkişaf naziri Georgi Arveladzenin sözlərinə görə, Koreya şirkəti bu ərazini 21 milyon dollara alıb, tikinti işlərinə isə 15 milyon dollar sərf olunacaq. Kürün sağ sahilində yerləşəcək hökumət binası mərkəzdən xeyli uzaq məsafədədir. Tikinti işlərinin 2,5 ilə başa çatması nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR