Bank Of Baku

Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Gürcüstana səfər edəcək

Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Gürcüstana səfər edəcək
# 06 avqust 2007 12:32 (UTC +04:00)
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Yuri Popov bu gün axşam Gürcüstana səfər edəcək. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, səfir gürcü-osetin münaqişəsinin həlli üzrə qarışıq nəzarət komissiyasının hər iki tərədən olan sədri ilə görüşəcək. Görüşlərdə komissiyanın 9-10 avqust tarixlərində Tiflisdə keçiriləcək yığıncağı ilə bağlı yaranmış mübahisəli məqamlar müzakirə olunacaq. Məlum olduğu kimi, Cənubi Osetiya tərəfi toplantıda iştirakdan imtina edib. Onlar təhlükəsizliklərinə təminat olmadığını bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR