Bank Of Baku

Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiya təyyarələrinin bombaladığı əraziyə baş çəkib

Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiya təyyarələrinin bombaladığı əraziyə baş çəkib
# 07 avqust 2007 16:54 (UTC +04:00)
Gürcüstan prezidenti Mixail Saakaşvili ölkədəki xarici ölkə səfirləri ilə birlikdə dünən Rusiya təyyarələrinin bombaladığı əraziyə baş çəkib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Saakaşvili hadisə ilə bağlı ilk dəyərləndirməsini də burada səsləndirib. Gürcüstan prezidenti bildirib ki, bu olay ölkədə sakitliyi pozmağa yönəlib: “Bir neçə ay əvvəl Yuxarı Abxaziyanın bombalanmasında olduğu kimi, son olay da Gürcüstanda panika yaratmağa, cəmiyyəti parçalamağa və ölkəmizin siyasi kursunda dəyişiklik etməyə hesablanıb. Biz bu cür hərəkətlərə Gürcüstanı qurmaqla, inkişaf etdirməklə cavab verəcəyik. Ölkəmizin azadlığı üçün buna da, bundan 100 dəfə artığına da dözəcəyik”.
Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyi Rusiya hərbi təyyarələrinin ölkə ərazisini bombaladığı barədə bəyanat yayıb. Bəyanatda avqustun 6-da axşam Gürcüstanın hava məkanına daxil olan iki Rusiya hərbi təyyarəsindən biri paytaxt Tiflisdən 65 km şimal-qərbdə yerləşən Sitelubani kəndi ərazisinə 700 kiloqramlıq bomba atıb. Ancaq bomba partlamayıb. Rusiya tərəfi isə Gürcüstan tərəfinin iddialarını təkzib edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR