Bank Of Baku

Gürcüstanda braziliyalı futbolçunun həyat yoldaşını zorlayıblar

Gürcüstanda braziliyalı futbolçunun həyat yoldaşını zorlayıblar
# 09 avqust 2007 09:56 (UTC +04:00)
Gürcüstanda qalmaqal baş verib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Zestafoni şəhərində eyni adlı futbol klubunun braziliyalı legioneri Edson Oliveyra Dos Santosun həyat yoldaşını zorlayıblar. Hadisədən sonra ər-arvad Gürcüstanı tərk edərək Braziliyaya yollanıb. İnsident iyul ayının sonunda baş versə də, hakimiyyət orqanları faktı gizlətməyə çalışıb. İmereti regionunun prokurorluğu faktla bağlı cinayət işi qaldırsa da, hələlik heç bir şübhəli şəxs yaxalanmayıb. “Zestafoni” klubunun rəhbərliyi futbolçunun öz vətəninə qayıtdığını təsdiqləsə də, bunu ailəvi problemlərlə əlaqələndirib.
Qeyd edək ki, 26 yaşlı Edson Oliveyra 2006-cı ildə “Zestafoni” klubu ilə 2 illik müqavilə imzalayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR