Bank Of Baku

Zviad Qamsaxurdianın oğlu Konstantin Qamsaxurdia növbəti prezident seçkilərində iştirak edəcək

Zviad Qamsaxurdianın oğlu Konstantin Qamsaxurdia növbəti prezident seçkilərində iştirak edəcək
# 09 avqust 2007 09:58 (UTC +04:00)
Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdianın oğlu, Siyasi Azadlıq Təşkilatının lideri Konstantin Qamsaxurdia növbəti prezident seçkilərində iştirak edəcək. Bu barədə APA-nın Gürcüstan bürosuna eksklüziv açıqlamasında K.Qamsaxurdianın özü məlumat verib. Sovet dövrünün dissident yazıçısı olan babası Konstantin Qamsaxurdianın adını daşıyan siyasətçi 2008-ci ildə keçiriləcək prezident seçkilərinə qatılacağını bildirib. Hazırda keçmiş prezidentin oğlu Gürcüstanın müxtəlif bölgələrinə səfər etməyə hazırlaşır. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR