Bank Of Baku

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun bir neçə kəndində içməli su yoxdur

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun bir neçə kəndində içməli su yoxdur
# 13 avqust 2007 08:58 (UTC +04:00)
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun bir neçə kəndində içməli su yoxdur. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Kosalı kəndinin əhalisi su əldə etmək üçün 2 km-lik məsafəni qət etməli olurlar. Yollar bərbad vəziyyətdə olduğundan kəndə maşınlarla içməli su gətirilməsi çətin olur. Buna görə də kənd əhalisi yaxınlıqdakı kanalın çirkli suyundan istifadə edir ki, bu da infeksion xəstəliklərin yayılmasına səbəb olub. Kosalı kənd sakinlərinin sözlərinə görə, bir neçə dəfə su problemi ilə bağlı rəsmi orqanlara, yerli icra hakimiyyətinə müraciət ediblər. Lakin onlara bununla bağlı müsbət cavab verilməyib.
Marneuli rayon İcra Hakimiyyətindən də APA-nın yerli bürosuna bu kənddə su probleminin olduğunu təsdiqləyiblər. İcra Hakimiyyətindən bildiriblər ki, bu yaxınlarda su problemi olan kəndlərdə yeni artezian quyuları qazılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR