Bank Of Baku

Tiflis yaxınlığındakı yetkinlik yaşına çatmayanlar üçün koloniyada məhkumlar arasında dava baş verib

Tiflis yaxınlığındakı yetkinlik yaşına çatmayanlar üçün koloniyada məhkumlar arasında dava baş verib
# 14 avqust 2007 08:06 (UTC +04:00)
Avqustun 13-də axşam Tiflis yaxınlığındakı yetkinlik yaşına çatmayanlar üçün Avçal koloniyasında məhkumlar arasında dava baş verib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, yetkinlik yaşına çatmayan bir neçə məhbus arasında başlayan dava daha sonra kütləvi xarakter alıb. Koloniyanın mühafizəçilərinin məhkumları sakitləşdirmək cəhdi uğursuzluqla nəticələndiyindən, məsələyə xüsusi təyinatlı dəstənin müdaxiləsi barədə qərar qəbul olunub. Lakin xüsusi təyinatlılar məhkumlarla kontakta girməyiblər. Belə ki, koloniyanın həyətindəki binalardan birinə sığınan yetkinlik yaşına çatmayan onlarla məhbus pəncərələrin sındırılmış şüşələri ilə özlərinə xəsarət yetirməyə başlayıblar. Onlar əsasən əl nahiyələrinə zərbə endirərək, damarlarını kəsməyə çalışıblar. Cəzaların icrası departamentindən bildiriblər ki, müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya 15 məhkum yerləşdirilib. Digərlərinə yerindəcə tibbi yardım göstərilib. İlkin məlumata görə, yaralıların həyatı üçün təhlükə yoxdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR