Bank Of Baku

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bir neçə kənddə məktəb yoxdur

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bir neçə kənddə məktəb yoxdur
# 14 avqust 2007 10:05 (UTC +04:00)
Azərbaycanlıların yaşadığı Dmanisi rayonunun Məmişlı, Söyünçay və Məhəmmədli kəndlərində məktəb yoxdur. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Söyünçayında mövcud olan 4 illik məktəbin binası yararsız vəziyyətdə olduğuna görə dərslər sakinlərdən birinin evinin zirzəmisində keçirilir. Qışda isə zirzəmi soyuq olduğuna görə valideynlər uşaqlarını dərsə buraxmırlar. Məmişli kəndində şagirdlər başqa kəndə yerləşən məktəbə getmək üçün 2-3 km məsafəni qət etməli olurlar.
Gürcüstan Təhsil Nazirliyi Azərbaycan kəndlərində mövcud olan problemləri inkar edir. Təhsil nazirinin müavini Bela Tsipuria APA-ya açıqlamasında bildirib ki, Gürcüstanın hər bir bölgəsində məktəb var: “Nazirlik yeni məktəb binası tikməyə hazırlaşmır. Yalnız mövcud olan məktəblərdə təmir işləri aparılacaq”. Nazir müavininin sözlərinə görə, Gürcüstan Təhsil Nazirliyi bütün məktəblərin 4 il ərzində təmir olunması ilə bağlı proqram hazırlayıb və artıq 2-ci ildir ki, bu proqram həyata keçirilir. Bu proqrama ötən il 80 milyon, bu il isə 92 milyon lari vəsait ayrılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR