Bank Of Baku

Qamsaxurdiyanın tərəfdarları Şevardnadzenin həbsini tələb edirlər

Qamsaxurdiyanın tərəfdarları Şevardnadzenin həbsini tələb edirlər
# 15 avqust 2007 13:33 (UTC +04:00)
Avqustun 14-də Tiflisdə Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiyanın tərəfdarları mitinqlər təşkil ediblər. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, aksiyalar Abxaziyada müharibənin başlanmasının növbəti ildönümünə həsr olunub. Mitinqçilər parlamentin binası, həmçinin Gürcüstanın ikinci prezidenti Eduard Şevardnadzenin yaşadığı keçmiş hökumət rezidensiyasının qarşısına toplaşaraq, onu Gürcüstanın dağıdılmasında və Abxaziyada müharibənin başlanmasında ittiham ediblər. daha sonra onlar E. Şevardnadzenin müqəvvasını yandırıblar.Mitinqdə iştirak edən Zviad Qamsaxurdiyanın xanımı bildirib ki, Şevardnadzeni həbsxanaya göndərmək lazımdır.
Qeyd edək ki, Abxaziyada müharibə 14 avqust 1992-ci ildə Gürcüstan Milli Qvardiyasının komandanı Tengiz Kitovaninin dəstələrinin İnquri çayını keçərək, tanınmamış respublikanın ərazisinə daxil olması ilə başlayıb. 13 ay davam edən müharibə gürcü tərəfinin məğlubiyyəti ilə nəticələnib. Şevardnadze bəyan edib ki, 1992-ci ilin yayında Kitovaniyə qoşunları Suxumiyə yeritməmək barədə göstəriş verib, lakin Kitovani ona qulaq asmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR