Bank Of Baku

Beynəlxalq ekspertlər avqustun 6-da Gürcüstanın hava məkanının Rusiya tərəfindən pozulması faktını təsdiqləyib

Beynəlxalq ekspertlər avqustun 6-da Gürcüstanın hava məkanının Rusiya tərəfindən pozulması faktını təsdiqləyib
# 16 avqust 2007 08:08 (UTC +04:00)
Beynəlxalq ekspertlərdən ibarət müstəqil qrup avqustun 6-da Gürcüstanın hava məkanının Rusiya tərəfindən pozulması faktını təsdiqləyib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə beynəlxalq qrupun Tiflisdə yayılan yekun rəyində bildirilir. “Naməlum təyyarə Rusiya ərazisindən, Stepansmind şəhəri yaxınlığında üç dəfə Gürcüstanın hava məkanına daxil olub” deyə sənəddə vurğulanır. Birinci halda təyyarə gürcüstanın hava məkanında 1 dəqiqədən az qalıb. Digər iki uçuş isə 14:13-dən 14:24-ə və 14:31-dən 14:42-yə qədər davam edib. Sonuncu uçuş zamanı rus təyyarəsi Gürcüstan ərazisinin dərinliklərinə qədər uçub. Gürcüstan Xarici İşlər Nazirliyinin nümayəndəsi David Dondua bəyan edib ki, beynəlxalq ekspertlərin yekun rəyi gürcü tərəfinin söylədiklərini təsdiqləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR