Bank Of Baku

Gürcüstan növbəti dəfə BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasının çağırılmasını tələb edib

Gürcüstan növbəti dəfə BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasının çağırılmasını tələb edib
# 16 avqust 2007 08:38 (UTC +04:00)
Gürcüstan BMT-nin baş katibi Ban Gi Mundan Təhlükəsizlik Şurasının növbədənkənar iclasının çağırılmasını tələb edib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Gürcüstanın BMT-dəki nümayəndəsi İrakli Alasaniya BMT-nin baş katibinə avqustun 6-da baş verən aviainsidentlə bağlı araşdırma aparan beynəlxalq ekspertlərin yekun rəyi barədə məlumat verib və məsələyə qiymət verilməsi üçün yenidən Təhlükəsizlik Şurasının növbədənkənar iclasının çağırılması məsələsini qaldırıb. O, həmçinin Ban Gi Mundan BMT Baş Assambleyası çərçivəsində Rusiyanın iştirakı olmadan Gürcüstan və BMT baş katibinin dostları qrupunun təmsilçilərinin görüşünün keçirilməsini xahiş edib. İ. Alasaniya Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvilinin sözügedən məsələlərlə bağlı mövqeyinin əks etdirən məktubunu da BMT baş katibinə təqdim edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR