Bank Of Baku

Rusiyalı mütəxəssislərdən ibarət nümayəndə heyəti Gürcüstana gəlir

Rusiyalı mütəxəssislərdən ibarət nümayəndə heyəti Gürcüstana gəlir
# 16 avqust 2007 09:23 (UTC +04:00)
Bu gün rusiyalı mütəxəssislərdən ibarət nümayəndə heyəti Gürcüstana gəlir. Xarici İşlər nazirliyinin siyasət departamentinin direktoru David Dondua APA-nın Gürcüstan bürosuna bildirib ki, 25 rusiyalı mütəxəssis avqustun 6-da Gürcüstan ərazisinə atılmış mərminin araşdırılması ilə bağlı yaradılmış işçi qrupunun tərkibinə daxil olacaq. Onun sözlərinə görə, Gürcüstan tərəfi Rusiyadan əldə etdiyi radar informasiyalarını açıqlamağı xahiş edib. Rusiya bu informasiyaları qarşı tərəfə təqdim etdiyi təqdirdə, informasiyanın beynəlxalq ekspertizadan keçirilməsi tələb olunacaq. Gürcüstan artıq öz radar informasiyalarını beynəlxalq ekspertizadan keçirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR