Bank Of Baku

Gürcüstanın dəmir yolu Britaniya şirkətinə idarəetməyə veriləcək

Gürcüstanın dəmir yolu Britaniya şirkətinə idarəetməyə veriləcək
# 17 avqust 2007 09:53 (UTC +04:00)
G.Arveladzenin sözlərinə görə, Britaniya şirkəti öz üzərinə 1 mlrd. ABŞ dolları həcmində investisiyanın yatırılması öhdəliyini götürüb. Sərmayənin əsas hissəsi ilk 3-4 il ərzində yatırılacaq. Bundan başqa, 2009-cu ilədək sərnişin və yük daşınmaları üzrə mövcud tarifləri dəyişməmək öhdəliyini götürüb. Sonrakı 5 il ərzində isə tariflərin dəyişdirilməsi dövlətlə razılaşdırılmalıdır. Dəmir yolunun bilavasitə istismarı məşğul olacaq operator şirkət isə investor tərəfindən müstəqil qaydada, dövlətin iştirakı olmadan seçiləcək.
“Dövlətin iqtisadiyyatda iştirakının məhdudlaşdırılması uğurla davam etdirilir və dəmir yolu dövlət tərəfindən idarə olunan əsas sahələrdən biri idi. Bizim burada məqsədimiz dövlət əldə edəcəyi gəlirdən ibarət olmayıb. Əsas məsələ yatırılacaq investisiyanın həcmidir və 1 mlrd. dollar kiçik məbləğ deyil. Biz ən sərfəli təklifi seçmişik”, - deyi iqtisadi inkişaf naziri vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR