Bank Of Baku

Gürcüstanın hava məkanının pozulması ilə bağlı məsləhətləşmələr nəticəsiz bitib

Gürcüstanın hava məkanının pozulması ilə bağlı məsləhətləşmələr nəticəsiz bitib
# 17 avqust 2007 16:05 (UTC +04:00)
Gürcüstanın hava məkanının pozulması faktı ilə bağlı məsləhətləşmələr aparmaq məqsədilə bu ölkəyə gedən rusiyalı ekspertlərin səfəri bu gün başa çatıb. Gürcüstan müdafiə nazirinin müavini Batu Kuteliya APA-nın Gürcüstan bürosuna açıqlamasında bildirib ki, məsləhətləşmələr nəticəsiz bitib: “Rusiya tərəfi konstruktivlik nümayiş etdirmədi və istintaqla əməkdaşlıq etmək istəmədi. Üstəlik, onlar Gürcüstanın hava məkanının pozulması faktını da inkar etdilər”. B. Kuteliya bildirib ki, Rusiya nümayəndə heyəti bəzi sənədlər, o cümlədən radar məlumatları təqdim etsə də, bunlar yarımçıq və fraqmentar olub. Onlar atılan raketin Rusiyaya məxsusluğunu da şübhə altına alıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR