Bank Of Baku

Gürcüstanda maye qaz qıtlığı yaranıb

Gürcüstanda maye qaz qıtlığı yaranıb
# 20 avqust 2007 08:19 (UTC +04:00)
Gürcüstanda maye qaz qıtlığı yaranıb. Bu səbəbdən maye qazın qiyməti qalxıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu vəziyyətin yaranmasına səbəb Azərbaycandan maye qazın gətirilməsinin müvəqqəti olaraq dayandırılmasıdır. Gürcüstanın neft məhsulları istehsalçıları, idxalçıları və istehlakçıları Vano Mtvralaşvili bildirib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti öncədən planlaşdırılmış texniki işlərlə əlaqədar maye qaz istehsal edə bilməyib: “Ancaq istehsal artıq bərpa olunub və maye qazın ilk böyük partiyası yaxın günlərdə Gürcüstana daxil olacaq. Qıtlıq qazlaşdırılmamış, əhalisinin yalnız maye qazdan istifadə etdiyi bölgələrdə daha çox nəzərə çarpır. Gürcüstanın istehlakı 2000-2500 ton olduğu halda, ayyarım ərzində kiçik partiyalar 30-40 ton maye qaz almışıq. Yaxın günlərdə isə “Socar Georgia Petroleum” Azərbaycandan 1000-1500 ton maye qaz gətirəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR