Bank Of Baku

Gürcüstan səmasında Rusiya təyyarəsi vurulub

Gürcüstan səmasında Rusiya təyyarəsi vurulub
# 25 avqust 2007 07:59 (UTC +04:00)
Açıqlamada bildirilir ki, Rusiya istehsalı olan təyyarələr qanunsuz olaraq Gürcüstanın hava məkanına daxil olub: “Biz bu insidentə dərhal adekvat reaksiya verdik. Abxaziya istiqamətində hərəkət edən təyyarələrdən birinə atəş açıldı. Təyyarə hərəkət trayektoriyasını itirərək Lata dərəsi yaxınlığında yerə düşdü. Ərazi separatçıların nəzarətində olduğuna görə, təyyarənin sonrakı taleyi barədə məlumatımız yoxdur. Yuxarı Abxaziyada nə yandığını və tüstünün haradan gəldiyini söyləmək mümkün deyil”. “Rustavi-2” telekanalı isə vurulan təyyarənin meşəyə düşərək yandığı barədə məlumat yayıb. Rusiya hərbçiləri isə bu bəyanatı növbəti təxribat adlandırıb və təyyarənin vurulması barədə fikirləri əsassız adlandırıblar. Rusiya Hərbi Hava Qüvvələri baş komandanının köməkçisi Aleksandr Drobışevski bildirib ki, Rusiya təyyarələri Gürcüstanın hava məkanını pozmayıblar. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR