Bank Of Baku

ATƏT sədri bu gün Mixail Saakaşvili ilə görüşəcək

ATƏT sədri bu gün Mixail Saakaşvili ilə görüşəcək
# 04 sentyabr 2007 10:10 (UTC +04:00)
Gürcüstanda səfərdə olan ATƏT sədri, İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinos bu gün ölkə prezidenti Mixail Saakaşvili ilə görüşəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, üç günlük rəsmi səfərlə Gürcüstana gəlmiş ATƏT sədri prezidentlə görüşdən sonra baş nazir Zurab Noğaydeli, parlamentin spikeri Nino Burcanadze və münaqişələrin həlli üzrə dövlət naziri David Bakradze ilə görüşəcək. Görüşlərdə avqustun 6-da Rusiya tərəfindən Gürcüstanın hava məkanın pozulması və Rusiya tərəfinin faktı inkar etməsi ilə bağlı məsələlər müzakirə olunacaq. Qeyd edək ki, ATƏT sədrinin hadisə yerinə baş çəkəcəyi də gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR