Mixail Saakaşvili xüsusi təyinatlıların hərbi bazasının açılışında iştirak edib

Mixail Saakaşvili xüsusi təyinatlıların hərbi bazasının açılışında iştirak edib
# 11 sentyabr 2007 08:22 (UTC +04:00)
Gürcüstan prezidenti Mixail Saakaşvili Müdafiə Nazirliyinin xüsusi təyinatlılarının hərbi bazasının açılışında iştirak edib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, prezident bildirib ki, yeni hərbi baza ordunun möhkəmlənməsinə xidmət edəcək. M. Saakaşvili bəyan edib ki, prezidentin şəxsi mühafizəçiləri bu hərbi bazada təlim keçirdilər, amma buna baxmayaraq, o, şəxsi mühafizəsini xalqın mühafizəsinə qurban verib: “Mənim üşün xalqın mühafizəsi hər şeydən üstündür”. Ölkə başçısı onu da qeyd edib ki, yaxın vaxtlarda Qori şəhərində böyük hərbi bazanın tikintisi başa çatacaq, Vaziani və Kutaisi hərbi bazalarında isə modernləşdirmə aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR