AŞPA Monitorinq Komitəsinin üzvləri Gürcüstandadır
11 sentyabr 2007 13:29 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin üzvləri Gürcüstanda səfərdədir. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, nümayəndə heyətinin rəhbəri Matias Yorş ilk olaraq münaqişələrin həlli üzrə dövlət naziri David Bakradze ilə görüşüb. O, Gürcüstan ərazisindəki münaqişələrin həllində AŞ-nin rolunun artmasının vacibliyini vurğulayıb. Qonaqların prezident Mixail Saakaşvili, baş nazir Zurab Noqaideli və digər rəsmi şəxslər, eləcə də müxalifət və QHT təmsilçiləri ilə görüşləri də nəzərdə tutulub. Nümayəndə heyəti ilkin saxlanma yerləri və cəzaçəkmə müəssisələrinə baxış keçirəcək, Cənubi Osetiya və Abxaziya münaqişələri zonasında separatçı rejimlərin başçıları ilə görüşəcək. /APA/
MDB
Ermənistanla Gürcüstan arasında siyasi məsləhətləşmələr olub
19:27
15 may 2024
Rusiya qoşunları Xarkov və Zaporojye istiqamətində irəliləyib
14:19
15 may 2024
Zaxarova Qərbin Gürcüstan və Ermənistandakı etirazlar arasında fərq qoyduğunu deyib
13:02
15 may 2024
Qazaxıstanda əvvəlki saat qurşağı bərpa oluna bilər
11:59
15 may 2024