Gürcüstanda müəllimlərin maaşları artırılacaq
13 sentyabr 2007 09:26 (UTC +04:00)
Borjomi rayonunda müəllimlərlə görüşən Gürcüstan prezidenti Mixail Saakaşvili pedaqoqların maaşlarının artırılacağını bildirib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, prezident bəyan edib ki, 2008-ci il yanvarın 1-dən müəllimlərin maaşı 200 lariyə (120 dollar) çatdırılacaq. M. Saakaşvili qeyd edib ki, 2010-cu ilə qədər Gürcüstanın bütün məktəbləri müasir istilik sistemi, müasir kompüterlər, yeni inventarlar və dərs ləvazimatları ilə təchiz olunacaq. /APA/
MDB
Rusiya DİN Zelenski və Poroşenkonu axtarışa verib - FOTO - YENİLƏNİB
17:08
4 may 2024
Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş başlayıb, yürüşə keşiş başçılıq edir - VİDEO
15:59
4 may 2024
Qazaxıstan Prezidenti Moskvaya səfər edəcək
13:22
4 may 2024
Rusiya şəkər ixracını müvəqqəti dayandırıb
22:17
3 may 2024