Bank Of Baku

İrakli Okuraşvilinin həbsindən bir neçə saat əvvəl verdiyi müsahibə yayımlanıb

İrakli Okuraşvilinin həbsindən bir neçə saat əvvəl verdiyi müsahibə yayımlanıb
# 01 oktyabr 2007 08:37 (UTC +04:00)
Gürcüstanın “İmedi” televiziya kanalı İrakli Okuraşvilinin həbsindən bir neçə saat əvvəl verdiyi müsahibəni yayımlayıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, sabiq nazir müsahibəsində bildirib ki, həbs olunacağını gözləsə də, bunun çox yaxın zamanda baş verəcəyinə inanmır. O, bəyan edib ki, prezident Mixail Saakaşvili hakimiyyəti itirməmək üçün ən yaxın silahdaşlarını, hətta daxili işlər naziri Vano Merabişvilini də qurban verməyə hazırdır. İ. Okuraşvili yaratdığı partiyanın hansı mənbədən maliyyələşdirildiyini də açıqlayıb: “Bu mənbə vaxtilə Milli Hərəkatı dəstəkləyib. Mən onlarla əlaqələri qoruyub saxlamışam və həmin adamlardan partiya üçün pul ala bilərəm”. Keçmiş nazir bu il prezidentin ona baş nazir postunu təklif etdiyini də deyib: ”Lakin mən etik səbəblərə görə bu təklifdən imtina etdim. Çünki həmin vaxt baş nazir Zurab Noqaideli xəstə idi”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR