Bank Of Baku

İrakli Okruaşvilinin apellyasiya şikayəti rədd edilib

İrakli Okruaşvilinin apellyasiya şikayəti rədd edilib
# 01 oktyabr 2007 14:24 (UTC +04:00)
Bu gün Tiflis Apellyasiya Məhkəməsində sabiq nazir İrakli Okruaşvilinin şikayətinə baxılıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Apellyasiya Məhkəməsi keçmiş nazir haqqında iki aylıq həbs müddəti seçən Tiflis şəhər Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Prosesdə İ. Okruaşvilini onun vəkili Eka Beseliya təmsil edib.
Qeyd edək ki, İ. Okruaşvili Cinayət Məcəlləsinin 181-ci (dələduzluq), 194-cü (çirkli pulların yuyulması), 332-ci (xidməti səlahiyyətlərindən sui-istifadə) və 342-ci (xidməti səhlənkarlıq) maddələri ilə ittiham olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR