Gürcüstanda narkotik maddə satışı ilə məşğul olan azərbaycanlı həbs edilib
22 oktyabr 2007 12:51 (UTC +04:00)
Gürcüstan Daxili İşlər Nazirliyinin və Tiflis şəhər prokurorluğunun keçirdiyi birgə əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin alveri ilə məşğul olan 17 nəfər yaxalanıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, saxlanan şəxslərin evində aparılan axtarış zamanı külli-miqdarda narkotik maddə, 4 silah və zirehli gödəkcə aşkar edilib. Daxili İşlər Nazirliyinin məlumatında saxlanan şəxslərin narkotik maddələri Azərbaycandan gətirdikləri bildirilir. Narkotik maddələr satışı ilə alverçilərin Azərbaycanla əlaqəsini yaradan isə Marneli rayon sakini Ramin Hacıyev olub. Axtarış zamanı onun evində siqaret qutularında gizlədilmiş 4 qutu geroin götürülüb. /APA/
MDB
Ermənistan polisi Tavuşun Kirants kəndində gücləndirilmiş iş rejiminə keçib
09:54
2 may 2024
Azərbaycanla sərhədin delimitasiyasına qarşı çıxan 31 Kirants sakini tutulub
08:46
2 may 2024
Moskvada qarlı hava ilə bağlı xəbərdarlıq edilib
04:01
2 may 2024
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti açıqlanıb
17:21
1 may 2024