Gürcüstan müxalifətinin Tiflisin mərkəzində keçirəcəyi mitinqə icazə verilib
01 noyabr 2007 13:04 (UTC +04:00)
Tiflis şəhər meriyası ölkə müxalifətinin noyabrın 2-də paytaxtın mərkəzində keçirəcəyi mitinqə icazə verib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Tiflis meri Georgi Uqulava jurnalistlərə açıqlamasında bildirib ki, aksiya iştirakçılarının hüquqları hökumət tərəfindən müdafiə olunacaq: “Gürcüstan hökuməti ölkənin bütün vətəndaşlarının, o cümlədən hökumətdən xoşu gəlməyənlərin də hökumətidir. Bizim vəzifəmiz Konstitusiyada əksini tapmış söz azadlığını, həmçinin insanların təhlükəsizliyini təmin etməkdir. Mitinqlər əvvəl də keçirilib, bundan sonra da olacaq. Bu, demokratik həyatın tərkib hissəsidir”.
Qeyd edək ki, birləşmiş müxalifətin parlamentin binası qarşısında keçiriləcək aksiyası yerli vaxtla saat 14-də başlayacaq. /APA/
Qeyd edək ki, birləşmiş müxalifətin parlamentin binası qarşısında keçiriləcək aksiyası yerli vaxtla saat 14-də başlayacaq. /APA/
MDB
Rusiya XİN İran və İsrail arasında eskalasiyanın mümkünlüyünü istisna etməyib
05:58
5 may 2024
Vladimir Putin Xilaskar İsa Məsih Kilsəsində Pasxa mərasiminə qatılıb
01:23
5 may 2024
Rusiya DİN Zelenski və Poroşenkonu axtarışa verib - FOTO - YENİLƏNİB
17:08
4 may 2024
Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş başlayıb, yürüşə keşiş başçılıq edir - VİDEO
15:59
4 may 2024