ABŞ Mixail Saakaşvilini müxalifətlə dialoqa çağırıb
06 noyabr 2007 10:13 (UTC +04:00)
“Gürcüstan hökuməti və xalqı dialoqa getməli, bütün problemləri sivil yolla, Konstitusiya çərçivəsində həll etməlidir”. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayza “İmedi” telekanalının birbaşa efirində bu bəyanatla çıxış edib. O, xalqın küçədə olması və radikal əhvala köklənməsi faktına diqqət çəkərək dialoqun vaxtının çatdığını deyib: “Hesab edirəm ki, hökumət öz xalqı ilə danışmalıdır. Ancaq küçədə dayananlar da yadda saxlamalıdır ki, Gürcüstanda demokratik idarəetmə sistemi mövcuddur və seçkilər keçirilir. Gürcüstan demokratik inkişaf yolundadır və bu yol davam etdirilməlidir. Hakimiyyətlə müxalifət arasında dialoq olmalıdır”. M. Brayza hər iki tərəfin kompromislərə getməsinin zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, prezident seçkiləri nəzərdə tutulmuş vaxtda 1 ildən sonra keçirilməlidir, parlament seçkilərinin daha əvvəl keçirilməsinə gəldiksə isə, bunu tərəflər dialoqda həll etməlidir: “Saakaşvili hakimiyyətə seçicilərin yüksək səs faizi ilə gəlib. İndi insanlar narazıdır. Ancaq bu, demokratik prosesdir və hər şeyi seçkilər həll etməlidir”. M. Brayza mövcud hakimiyyətin Gürcüstanı NATO-ya aparmaq üçün hər şeyi edəcəyinə inandığını vurğulayıb. /APA/
MDB
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
08:54
28 aprel 2024
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
08:32
28 aprel 2024
Rusiyada zəlzələ baş verib
08:13
28 aprel 2024
Ermənistanda avtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
23:31
27 aprel 2024