Gələn il yanvarın 5-də Gürcüstanda növbədənkənar prezident seçkiləri keçiriləcək
08 noyabr 2007 16:36 (UTC +04:00)
O, qanunla gələn ilin payızında keçirilməsi nəzərdə tutulan prezident seçkilərinin vaxtını dəyişərək seçkiləri yanvarın 5-də keçirməyə qərar verdiklərini açıqlayıb: “Mən öz iradəmlə artıq ikinci dəfədir prezidentlik müddətimi ixtisar edirəm. Hesab edirəm ki, Gürcüstan demokratik ölkədir və yanvarın 5-də xalq iradəsinin nümayişi olacaq”. M. Saakaşvili bu qərarı qəbul etməklə müxalifətə öz gücünü göstərmək şansı verdiyini də söyləyib. O, ölkədə vəziyyətin stabilləşdiyini söyləyərək yaxın günlərdə fövqəladə vəziyyət rejiminin ləğv olunacağını açıqlayıb. Prezident çıxışını tamamladıqdan sonra parlament çoxluğunun nümayəndələri ilə qapalı görüş keçirib. /APA/
MDB
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
08:54
28 aprel 2024
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
08:32
28 aprel 2024
Rusiyada zəlzələ baş verib
08:13
28 aprel 2024
Ermənistanda avtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
23:31
27 aprel 2024