Bank Of Baku

Gürcüstan parlamenti fövqəladə vəziyyət rejimini təsdiqləməyə bilər

Gürcüstan parlamenti fövqəladə vəziyyət rejimini təsdiqləməyə bilər
# 09 noyabr 2007 10:58 (UTC +04:00)
Gürcüstan parlamenti prezidentin ölkədə elan etdiyi fövqəladə vəziyyət rejimini təsdiqləməyə bilər. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, ölkə Konstitusiyasına əsasən parlament 48 saat ərzində fövqəladə vəziyyət elan edilməsi haqqında prezident fərmanını təsdiqləməlidir. Əks halda, fərman hüquqi qüvvəsini itirir. Ancaq buna baxmayaraq, deputatlar hələ də iclasa çağırılmayıblar. Parlamentin sədri Nino Burcanadze İctimai Televiziya ilə çıxışında bildirib ki, onlar parlamentin fövqəladə yığıncağına ehtiyac olmayacağını düşünürlər: “Ola bilər ki, fövqəladə vəziyyət rejimi uzadılmasın. Təbii ki, hər şey hadisələrin inkişafından asılı olacaq”.
Qeyd edək ki, paytaxt Tiflisdə həyat normal ritminə qayıdır. Artıq metronun, həmçinin yerüstü nəqliyyatın normal iş rejimi bərpa olunub, Rustaveli prospektindəki polis nəzarəti ləğv edilib. Rusiya telekanallarının yayımının bərpasına da hazırlıq görülür. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR