Gürcüstan parlamenti fövqəladə vəziyyət barədə prezident fərmanını təsdiqləyib
09 noyabr 2007 14:43 (UTC +04:00)
Gürcüstan parlamenti bu gün keçirdiyi toplantıda ölkədə 15 gün müddətində fövqəladə vəziyyət elan olunması barədə prezident fərmanını təsdiqləyib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, parlament fövqəladə vəziyyət rejiminin hökm sürdüyü müddətdə tətbiq olunan qaydalar haqqında dekreti də təsdiq edib. Dekretdə Konstitusiyada əksini tapan informasiya toplanması və yayılması, nümayiş və kütləvi yığıncaqların keçirilməsi və tətil hüquqlarının məhdudlaşdırılması əksini tapıb. Hər iki sənədin qəbuluna iclasda iştirak edən 149 deputat yekdilliklə səs verib. Parlament müxalifəti isə iclasa qatılmayıb. Parlamentin sədri Nino Burcanadze çıxışında bildirib ki, ölkədə vəziyyət tam normallaşdıqdan sonra fövqəladə vəziyyət ləğv olunacaq. /APA/
MDB
Rusiya DİN Zelenski və Poroşenkonu axtarışa verib - FOTO - YENİLƏNİB
17:08
4 may 2024
Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş başlayıb, yürüşə keşiş başçılıq edir - VİDEO
15:59
4 may 2024
Qazaxıstan Prezidenti Moskvaya səfər edəcək
13:22
4 may 2024
Rusiya şəkər ixracını müvəqqəti dayandırıb
22:17
3 may 2024