Gürcüstan müxalifəti prezidentliyə vahid namizədini iki gün ərzində müəyyənləşdirəcək
12 noyabr 2007 08:47 (UTC +04:00)
Gürcüstanda yanvarın 5-də keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayan iş adamı Badri Patarkasişvili birləşmiş müxalifətin namizədi deyil. Respublika Partiyasının nümayəndəsi, deputat David Zurabişvili APA-nın Gürcüstan bürosuna açıqlamasında bildirib ki, müxalifət iki gün ərzində öz namizədinin adını elan edəcək. D. Zurabişvili B. Patarkasişvilinin müxalifətin hərəkətlərini idarə etməkdə ittiham olunduğunu xatırladaraq deyib ki, biznesmen heç vaxt müxalifəti idarə etməyib və mitinqləri maliyyələşdirməyib: “Müxalifətin namizədi real şansa malik şəxs olacaq və mübarizə onunla Mixail Saakaşvili arasında gedəcək. Digər namizədlərin isə şansı yoxdur”. /APA/
MDB
Qırğızıstan vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
18:36
2 may 2024
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:13
2 may 2024
Qırğızıstanda yük maşını 29 uşağı vurub - VİDEO
16:48
2 may 2024
ABŞ-Ermənistan hərbi əməkdaşlığı müzakirə olunub, saziş imzalanıb
16:11
2 may 2024