Bank Of Baku

Levan Qaçeçiladze: “Seçkilərdə məğlub olsam, siyasətdən gedəcəyəm”

Levan Qaçeçiladze: “Seçkilərdə məğlub olsam, siyasətdən gedəcəyəm”
# 12 noyabr 2007 16:16 (UTC +04:00)
“Seçkilərdə məğlub olsam, siyasətdən gedəcəyəm və biznesə qayıdacağam”. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, birləşmiş müxalifətin Milli Şurası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Levan Qaçeçiladze bu bəyanatla çıxış edib. O, mübarizəsinin zorakılıq, siyasi repressiyalar və prezidentlik institutuna qarşı yönələcəyini bildirərək parlamentli respublikaya tərəfdar olduğunu deyib: “Mən bu məqsədlərə çatmaq və ümumi qələbəmiz üçün əlimdən gələni edəcəyəm. Ancaq ölkədə zorakılığın davam etdiyi bir şəraitdə ədalətli seçkilərin keçirilməsinə nail olmaq çox çətindir”.
L. Qaçeçiladze 1964-cü ildə Tiflisdə anadan olub. Tiflis Dövlət Universitetini riyaziyyatçı-kibernetik ixtisası ilə bitirib. İqtisadiyyatda riyazi metodlar sahəsində ixtisaslaşıb. 1993-cü ildə Gürcüstanın şərab istehsal edən ən böyük şirkətlərindən birinin baş direktoru, 1997-ci ildə prezidenti olub. 1999-cu ildə ilk dəfə parlamentin deputatı seçilib. Son parlament seçkilərində “Yeni sağlar” seçki blokundan namizədliyi irəli sürülüb və majoritar sistem üzrə ikinci dəfə deputat seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR