Pikriya Çixradze: “Müxalifət olaraq hamımızın yeganə hədəfi Mixail Saakaşvilini hakimiyyətdən devirməkdir”
13 noyabr 2007 08:37 (UTC +04:00)
“Müxalifətdən prezidentliyə namizədlərdən hər hansı biri ikinci turda iştirak etmək hüququ qazansa, o zaman bütün müxalifət qüvvələri növbəti turda onu dəstəkləyə bilərlər”. Bu açıqlamanı APA-nın Gürcüstan bürosuna “Yeni sağlar” partiyasının lideri Pikriya Çixradze verib. O, prezident seçkilərində müxalif düşərgədən bir neçə namizədin iştirakını müsbət məqam adlandırıb: “Mən bu rəqabəti alqışlayıram. Bizim hamımızın bir məqsədi var Mixail Saakaşvilini hakimiyyətdən devirmək. Ola bilsin ki, seçkilərin ikinci turunda müxalifətdən iki namizəd iştirak etmək hüququ qazansın”. Qeyd edək ki, bu partiya prezident seçkilərinə David Qamkrelidzenin namizədliyinin irəli sürüb. Bundan başqa hazırkı prezident Mixail Saakaşvili, Leyborist Partiyasının lideri Şalva Natelaşvili, biznesmen Badri Patarkaçişvili, deputat Georgi Qaçeçiladze və “Gələcəyin Partiyası”nın lideri Georgi Maisaşvili prezident seçkilərində iştirak etmək niyyətində olduqlarını açıqlayıblar. /APA/
MDB
Rusiya XİN: KTMT Ermənistansız da effektiv struktur olaraq qalacaq
17:33
3 may 2024
Putin Rəhmonla tacik miqrantlarla bağlı problemi müzakirə edib
16:02
3 may 2024
Rusiya Krımla bağlı Qərbə xəbərdarlıq edib
15:58
3 may 2024
Özbəkistan, Qırğızıstan və Tacikistan vətəndaşları Rusiyaya girişdə saxlanılır
14:15
3 may 2024