Mixail Saakaşvilinin ABŞ-a səfəri planlaşdırılır
13 noyabr 2007 10:42 (UTC +04:00)
Dekabr ayında Gürcüstan prezidenti Mixail Saakaşvilinin ABŞ-a səfər edəcəyi gözlənilir. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə “The Washington Post” qəzetinin Gürcüstandakı hadisələrə həsr olunmuş redaksiya məqaləsində məlumat verilib. Qəzet yazıb ki, M. Saakaşvili yaxın günlərdə Gürcüstanda fövqəladə vəziyyət rejimini ləğv etməsə və özünün demokratik niyyətlərinə beynəlxalq ictimaiyyətin inamını bərpa edən addımlar atmasa, səfər ləğv olunmalıdır. Ağ Evin mətbuat xidməti hələlik səfərlə bağlı açıqlama yaymayıb. /APA/
MDB
Kreml İsveçrədə Ukrayna ilə bağlı keçiriləcək sülh konfransına münasibət bildirib
13:41
2 may 2024
Moskvada yaşayış binası yaxınlığında mina aşkarlanıb
11:30
2 may 2024
Ermənistan polisi Tavuşun Kirants kəndində gücləndirilmiş iş rejiminə keçib - VİDEO
09:54
2 may 2024
Azərbaycanla sərhədin delimitasiyasına qarşı çıxan 31 Kirants sakini tutulub
08:46
2 may 2024