Metyu Brayza: “Gürcüstan rəhbərliyi iki-üç gün ərzində fövqəladə vəziyyət rejimini ləğv etmək niyyətindədir”
13 noyabr 2007 15:36 (UTC +04:00)
Gürcüstan rəhbərliyi yaxın 2-3 gün ərzində ölkədə elan olunmuş fövqəladə vəziyyət rejimini ləğv etmək niyyətindədir. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayza Tiflisdə Gürcüstan parlamentinin sədri Nino Burcanadze ilə keçirdiyi qapalı görüşdən sonra deyib. O bildirib ki, spiker ona fövqəladə vəziyyətin böyük ehtimalla noyabrın 16-da ləğv olunacağını söyləyib. M. Brayza qarşıdakı prezident seçkilərində ABŞ-ın konkret heç bir namizədi dəstəkləməyəcəyini və bunun mümkün olmadığını açıqlayıb: “ABŞ Gürcüstanda demokratiyanın oturuşması prosesini dəstəkləyir və ölkənin siyasi taleyini seçicilərin həll etməsində maraqlıdır”. /APA/
MDB
Rusiya XİN: Ukraynada F16-ları nüvə daşıyıcısı kimi qəbul edəcəyik
19:06
6 may 2024
Kreml: Putinin Türkiyəyə səfəri gündəmdədir
18:22
6 may 2024
Paşinyan mayın 8-də Moskvaya səfər edəcək, Putinlə görüşəcək
18:12
6 may 2024
Mayın 9-da Moskvada paradda iştirak edəcək xarici liderlərin siyahısı məlum olub
18:06
6 may 2024