Gürcüstan müxalifətinin liderlərindən biri Salome Zurabişvili Avropada yüksək səviyyədə qəbul ediləcək
15 noyabr 2007 15:00 (UTC +04:00)
“Gürcüstanın yolu” Partiyasının lideri, birləşmiş müxalifətin baş nazir vəzifəsinə namizədi Salome Zurabişvili Avropa ölkələrinə səfərə yollanacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, sabah başlanacaq səfər 10 gün davam edəcək. Bu müddətdə S. Zurabişvili Fransa, Böyük Britaniya, Almaniya və Belçikada yüksək səviyyəli görüşlər keçirəcək. Onun Avropa Birliyinin təhlükəsizlik və ümumi xarici siyasət üzrə ali təmsilçisi Havyer Solana və Fransa prezidenti Nikola Sarkozi ilə görüşləri gözlənilir. Keçmiş xarici işlər naziri avropalı siyasətçilərə və media nümayəndələrinə Gürcüstandakı vəziyyət barədə məlumat verəcək. /APA/
MDB
Ermənistanda hərbi qulluqçunun güllələnmiş meyiti aşkarlanıb
22:04
7 may 2024
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
19:31
7 may 2024
Qırğızıstan-Tacikistan sərhədində atışma olub
17:05
7 may 2024
Belarus TŞ: Taktiki nüvə silahından istifadə edə bilən bölmələr yoxlanılacaq
16:57
7 may 2024