Gürcüstan KİV: Zurab Noqaideli baş nazir postundan istefa verib
16 noyabr 2007 15:23 (UTC +04:00)
Məlumatda o da bildirilir ki, Z. Noqaidelinin postundan getməsi barədə prezident Mixail Saakaşvilinin bu gün axşam fövqəladə vəziyyət ləğv olunandan sonra açıqlama verəcəyi gözlənilir. Gürcüstan Konstitusiyasına görə, baş nazirlə birlikdə bütün kabinet istefaya gedir və prezidentə baş nazirliyə yeni namizəd irəli sürmək üçün bir həftə vaxt verilir.
Qeyd edək ki, artıq baş nazir postuna namizədliyi irəli sürüləcək şəxsin kimliyi barədə də məlumatlar var. Bildirilir ki, M. Saakaşvili Gürcüstanın yeni baş naziri postuna 37 yaşlı Vladimir (Lado) Qurqenidzenin namizədliyini irəli sürəcək.
V. Qurqenidze Gürcüstan Bankının Müşahidə Şurasının sədridir. Z. Noqaidelinin isə baş nazir postundan istefa verdikdən sonra Gürcüstan Milli Bankının prezidenti təyin olunacağı gözlənilir. /APA/

MDB
Putin Rəhmonla tacik miqrantlarla bağlı problemi müzakirə edib
16:02
3 may 2024
Rusiya Krımla bağlı Qərbə xəbərdarlıq edib
15:58
3 may 2024
Özbəkistan, Qırğızıstan və Tacikistan vətəndaşları Rusiyaya girişdə saxlanılır
14:15
3 may 2024
Rusiya MN Ukraynanın builki itkilərini açıqlayıb
14:04
3 may 2024