Gürcüstan müxalifəti noyabrın 25-də küçə yürüşü keçirəcək
19 noyabr 2007 14:54 (UTC +04:00)
Gürcüstanın birləşmiş müxalifəti söz azadlığı və “İmedi” telekanalının fəaliyyətinin bərpası tələbi ilə kütləvi aksiyalarını bərpa edəcək. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə jurnalistlərə Xalq Partiyasının lideri Koba Davitaşvili məlumat verib. O bildirib ki, Birləşmiş Müxalifətin Milli Şurası Vahid Xalq Hərəkatı zorakılığa qarşı beynəlxalq müdafiə günü olan 25 noyabrda küçə yürüşü keçirilməsi haqqında qərar qəbul edib. Aksiya yerli vaxtla saat 14-də Rike meydanında başlayacaq və parlament binasının qarşısında sona çatacaq. K. Davitaşvili paytaxt sakinlərini və ölkə vətəndaşlarını hakimiyyətə mübarizənin sona yetmədiyini nümayiş etdirmək üçün Rike meydanına toplaşmağa çağırıb: “Mübarizə davam edir və qələbə əldə olunana Saakaşvilinin tiranlığı dağılana qədər davam edəcək”. /APA/
MDB
Qırğızıstan vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
18:36
2 may 2024
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:13
2 may 2024
Qırğızıstanda yük maşını 29 uşağı vurub - VİDEO
16:48
2 may 2024
ABŞ-Ermənistan hərbi əməkdaşlığı müzakirə olunub, saziş imzalanıb
16:11
2 may 2024