Nino Burcanadze: “İmedi” telekanalı ətrafında vəziyyəti avropalı həmkarlarımızla müzakirə edirik
20 noyabr 2007 14:29 (UTC +04:00)
“Gürcüstan hakimiyyəti “İmedi” telekanalının fəaliyyətinin dayandırılması ilə bağlı vəziyyəti Avropadan olan həmkarları ilə müzakirə edirlər. Biz hesab edirik ki, əgər telekanal fəaliyyətini bərpa edərsə, Gürcüstanda baş verən prosesləri real və obyektiv işıqlandırmalıdır”. APA-nın məlumatına görə, bu fikirləri Gürcüstan parlamentinin toplantısında spiker Nino Burcanadze söyləyib. O, söylədiyi fikirlərin “İmedi”nin hakimiyyəti tərifləməli olduğu anlamı daşımadığını deyib. Qeyd edək ki, “İmedi” telekanalının fəaliyyəti noyabrın 7-də baş verən hadisələrdən sonra dayandırılıb. /APA/