Bank Of Baku

Mixail Saakaşvili noyabrın 25-də istefaya gedəcək

Mixail Saakaşvili noyabrın 25-də istefaya gedəcək
# 22 noyabr 2007 10:46 (UTC +04:00)
O bildirib ki, həmin tarixə qədər dövlət başçısı heç cür istefaya gedə bilməz: “Çünki prezident cümə və şənbə günləri xeyli görüş keçirməlidir. Polşa və Litva prezidentləri “qızılgül inqilabı”nın ildönümündə iştirak etmək üçün bura gəlirlər”. Bundan başqa, M. Maçavariani noyabrın 24-də prezidentin başçılıq etdiyi Vahid Milli Hərəkatın qurultayının keçiriləcəyini deyib.
Qeyd edək ki, daha əvvəl Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Levan Tarxnişvili qanunla prezidentin 21-26 noyabr tarixləri arasında istefaya getməli olduğunu bəyan etmişdi. Qanuna əsasən növbədənkənar seçkilər prezidentin istefasından ən gec 45 gün sonra keçirilməli, prezidentliyə namizədlər isə seçki tarixinə 40 gün qalmış bəlli olmalıdır. M. Saakaşvili istefasından sonra seçkiqabağı təbliğata başlayacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR