Soros Fondunun Gürcüstan nümayəndəliyinin direktoru: “Müxalifətin vahid namizədi Levan Qaçeçiladzeni liberal dəyərlərə cavab verən insan kimi tanımıram” - EKSKLÜZİV
- Gürcüstanda baş verən hadisələrin mahiyyətində bir neçə səbəb var. Stabil ölkədə Konstitusiya dəyişikliklərinə yol vermək olmaz, amma burada söhbət təhlükəsizlik məsələsindən gedir. İkinci səbəb kimi müxtəlif qruplaşmalar arasında mədəni qarşıdurmanı göstərmək olar. Baş verən hadisələrin üçüncü səbəbi odur ki, bu gün bu qruplaşmalar müxtəlif idarəetmə üsulları təklif edirlər. Bu üsullar nə dərəcədə yararlı və doğrudur? Kriminal ünsür, fundamentalist və ya kim olursa-olsun, hamı demokratik dildə danışır. Atdıqları addımlarda liberal dəyərlərə söykənənlər hər hansı bir addım atanda bu, avtoritarlıq kimi qəbul edilir. Dördüncü səbəb Rusiyanın baş verən hadisələrdə birbaşa və ya dolayı yola iştirak etməsidir. Düzdür, bunu hələ faktlarla sübut etmək lazımdır. Rusiya hər dəfə məsuliyyəti üzərindən atır, ancaq bu, o demək deyil ki, Moskva bu məsələlərdə günahkar deyil. Ancaq baş verən hadisələrin hamısını Rusiya planlaşdıra bilməzdi. Təəssüf ki, Rusiya bəzi insanların köməyi ilə hadisələrdən yetərincə istifadə edə bildi. Bu kontekstdə daha bir səbəb isə hökumətin buraxdığı səhvlərdir. Saakaşvili hökumətinin ən böyük səhvi sabiq müdafiə naziri İrakli Okruaşvili ilə bağlı addımları oldu. Keçmiş nazir hökuməti ittiham etməklə özünün buraxdığı səhvləri etiraf etdirdi. Ancaq onun ittihamlarının hələ sübut etmək lazımdır. Okruaşvilinin bəyanatlarından bəlli olur ki, o, çoxlu sayda vəsait mənimsəyib. Onda belə bir sual yaranır: “Saakaşvili bu üç ildə öz nazirinin əməllərini görmürdümü və nəyə görə, Okruaşvilinin hərəkətlərinə dözürdü?”
- 2 noyabrda müxalifət qarşısına qoyduğu məqsədə nail ola bildimi?
- Bəli, müxalifət öz məqsədlərinin bir qisminə nail oldu. Mənim liberal saydığım müxalifət belə nailiyyət istəmirdi, bu düşərgənin bir hissəsi isə bunu gözləyirdi. Bir sözlə, onlar hökuməti deyil, dövləti zəiflətdilər. Müxalifəti birləşdirən məqam Saakaşviliyə qarşı nifrət oldu. Bu nifrətin yaranmasında hökumətin də rolu az deyil. Amma bu gün müxalifətin birləşməsini anlamaq və izah etmək çətindir.
- Noyabrın 7-də mitinqin dağıdılması zamanı yol verilən qanunsuzluqları nə dərəcədə düzgün hesab etmək olar?
- Bizim ən demokratik saydığımız ölkələrdə, məsələn, Danimarkada da mitinqlərin dağıdılması kimi hadisələrə yol verilir. Əslində əlində gücü olan hər bir dövlət bu gücdən istifadə edir. Beynəlxalq qanunvericiliyin ən böyük mexanizmi insan hüquqları haqqında Avropa Konvensiyasıdır. Söhbət milli təhlükəsizlikdən gedirsə, o zaman insanların azad fikir yürütmək, informasiya əldə etmək hüququ Konstitusiyada göstərildiyi kimi, məhdudlaşdırıla bilər. Mitinqlərə gəldikdə isə deyə bilərəm ki, hər dəfə hakimiyyətə gəlmək və ya hakimiyyəti devirmək üçün mitinq keçirmək olmaz. “Qızılgül inqilabı”nın legitim əsasları seçkilərin saxtalaşdırılması məqamı üzərində dururdu, indi isə söhbət seçkilərin apreldə və ya noyabrda keçirilməsindən gedir.
- Gürcüstan müxalifətinin seçkilərdə qalib gəlmək şansını necə dəyərləndirirsiniz?
- Son mitinqlərdə media və güc strukturları üzərində nəzarət itirildi. Prezidentin növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında verdiyi qərar çox adekvat oldu. Əgər müxalifət seçkilərin ədalətli və düzgün keçirilməsini istəyirsə, birləşməlidir. Müxalifətin vahid namizədinə gəldikdə isə, yalnız onu deyə bilərəm ki, mən Levan Qaçeçiladzedən yalnız bu sözləri eşitmişəm: “Gürcüstan hökuməti Gürcüstan xalqının milli dəyərlərinə hörmət etmir”. Müxalifət Levan Qaçeçiladzeni ağıllı və sözübütöv insan kimi təqdim edir. Onlar Qaçeçiladzeni vahid namizəd seçməklə demokratiyaya yox, qərbyönlü demaqoqlara üstünlük vermiş oldular. Mənim fikrimcə, Qaçeçiladze liberal dəyərlərə cavab verən insan deyil. Ondan liberalism haqqında bəyanatları çox az eşitmişəm. Müxalifətin ikinci ən böyük problemi ölkədə çoxlu sayda problemlərin olduğu dövrdə, dövlətin parçalanması təhlükəsi olduğu bir vaxtda idarə etmə üsulunun dəyişdirilməsi məsələsini ortaya atmasıdır. Qaçeçiladze prezident seçilərsə, islahatlar aparacaq, idarəetmə üsulunu dəyişəcək və ya parlamenti qovacaq və daha sonra istefaya gedəcək. Onun hansı mexanizmlə hərəkət edəcəyi, hansı yolla islahatlar aparacağı mənim üçün qaranlıq qalır. Müxalifətin onu vahid namizəd seçməsinin yeganə səbəbi Qaçeçiladze seçkilərdən sonra istefaya verəcəyi vədidir.
- Leyboristlərin müxalifətlə yollarının ayırması ilə bu düşərgədə parçalanma baş verib. Seçkilərə qədər yeni parçalanma gözləmək olarmı?
- İlk öncə 10 müxalifət partiyasının bir araya gəlməsi mənim üçün gözlənilməz oldu. Müxtəlif dəyərlərə söykənən müxalifət liderlərini nə birləşdirdi? Bunun yalnız bir cavabı var - Saakaşviliyə qarşı bəslədikləri kin və nifrət. Natelaşvili həmişə Gürcüstanın NATO-ya üzvlüyünün əleyhinə olub, lakin son zamanlarda gördü ki, hamı ölkənin alyansa daxil olmasına razıdır, o da razılıq Verdi. Ümumiyyətlə, Natelaşvili son vaxtlar siyasi platformalarının əsas müddəalarını arxa plana keçirməyə çalışırlar. Əslində leyboristlər Rusiyayönlü siyasətə üstünlük verir. Bir sözlə, müxalifət birləşsə də, daxildə ayrı-seçkilik qalmaqdadır və əminəm ki, yeni parçalanmalar gözləmək olar. Parçalanmanın əsas nəticəsi müxalifətin zəifləməsi oldu.
- Prezident seçkilərində hansı namizədi daha şanslı sayırsınız?
- Hazırda Mixail Saakaşvilinin qalib gəlmək şansı daha çoxdur. Əgər müxalifət birləşərək, seçkilərə vahid namizədlə qatıla bilsəydi, bu namizədlə Saakaşvilinin şansları bərabər olardı. Mixail Saakaşvilinin problemləri çoxdur, ən əsas problem odur ki, kütlə arasında noyabr hadisələrinə görə narazılıq var. Xalq hələ də başa düşə bilmir ki, polis onlara əl qaldıra bilərmiş. Başa düşmək lazımdır ki, polissiz dövlət olmur. Olursa, deməli, bu, dövlət deyil. Gürcüstan polisinin əməllərinə haqq qazandırmıram, polisin də problemləri çoxdur. Onların bir hissəsi mitinqlərdə necə hərəkət etmək haqqında yaxşı təlim keçmişdi. Digər hissənin elədiklərini mən ekoloji müharibə adlandırardım. Baş verən bu “müharibə”yə görə isə Mixail Saakaşvili məsuliyyət daşıyır. İndi Saakaşvili hansısa yolla mitinqin bu yolla dağıdılmasının səbəblərini xalqa izah etməlidir. Lakin bu məsələdə məsuliyyətin bir hissəsi müxalifətin də üzərinə düşür. Çünki müxalifətin bir hissəsi təxribat daşıyan hərəkətlərə yol verməklə, hadisələrin baş verən xətlə inkişafına səbəb oldular. /APA/
MDB
AFP: "Airbus A380" təyyarələrində çatlar aşkarlanıb
Ermənistan 2030-cu ilə qədər Azərbaycan və Türkiyə ilə sərhədlərin açılacağına ümid edir
Putin: Moskva İstanbulda əldə edilmiş razılaşmalar əsasında Ukrayna ilə danışıqlara hazırdır
Putin: Ukrayna Rusiyaya zərbələri ilə enerji təchizatını pozmağa və turizmə təsir göstərməyə çalışır
Xəbər Lenti
KİV: ABŞ ordusu Ukraynadakı döyüşləri imitasiya edən poliqonlar yaradacaq
Tramp: Amerikalılar İrana qarşı sərt addımlar tələb edir
Tramp: ABŞ Venesueladakı əməliyyat xərclərini neft hesabına 28 dəfə kompensasiya edib
DÇ-2026-nın qalibinə kuboku İnfantino Trampla birgə təqdim edəcək
AFP: "Airbus A380" təyyarələrində çatlar aşkarlanıb
İsrail Livan ordusundan “Hizbullah”ın tunellərinin təmizlənməsini tələb edib
DÇ-2026: İngiltərə millisi Qana yığması ilə heç-heçə edib
Naxçıvanda iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb - FOTO
Tramp: Müharibə yenidən başlasa, ABŞ İranda işi bir həftəyə bitirər
ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasına çağıran qətnamə qəbul edib
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib
Gəncədə minik avtomobili ilə moped toqquşub, sürücü ölüb - FOTO
Tramp: Livanda atəşkəsin reallığa çevriləcəyinə inanıram
DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib
Ərdoğan: Avropa ölkələri NATO çərçivəsində daha çox məsuliyyət götürməlidir
Şahbaz Şərif: ABŞ-İran memorandumunda raket proqramı ilə bağlı heç bir müddəa yoxdur
Pezeşkian: Tehran Vaşinqtona etibar etmir, lakin ABŞ-la memorandum üzrə öhdəliklərini yerinə yetirəcək
Tramp: AEBA müfəttişlərinin İrana göndərilməsi ilə bağlı tələskənlik yoxdur
Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin üzvlüyünə seçilib
Prezidentin sosial media hesablarında Sərdar Berdiməhəmmədovun Azərbaycana səfərinə dair videoçarx paylaşılıb - VİDEO
Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq
Ronaldo altı fərqli mundialda qol vuran ilk futbolçu olub
Rubio: İranın bərpasına ayrılacaq vəsait təhlükəsizlik məsələlərinin həllindən asılı olacaq
Sumqayıtda insanların həyatına və avtomobillərinə təhlükə yaradan 196 sürücü saxlanılıb - VİDEO
Rubio: İranın Hörmüz boğazından keçid üçün ödəniş tələb etməsinə icazə verilməyəcək
Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib
Aİ komissarı: Avropa ilə Asiya arasında etibarlı marşrut Orta Dəhlizdir
Ermənistan 2030-cu ilə qədər Azərbaycan və Türkiyə ilə sərhədlərin açılacağına ümid edir
Ağcabədidə itkin düşən yeniyetmələr tapılıb - YENİLƏNİB-1
Sumqayıt sakini İsmayıllıda ekskavatorun altında qalaraq ölüb
Arayik Harutyunyan, Arkadi Qukasyan və digərlərinin apellyasiya məhkəməsi davam etdirilib - FOTO
Laçında minaaxtaran peşəsi üzrə vakansiyalar təqdim edilib
Bakıda övladını təhlükəli şəkildə daşıyan motosiklet sürücüsü saxlanılıb
Putin: Moskva İstanbulda əldə edilmiş razılaşmalar əsasında Ukrayna ilə danışıqlara hazırdır
İƏT Pİ Baş Komitəsinin 27-ci sessiyası keçirilib
Türkiyə parlamentinin sədri Azərbaycana gəlib
Livan Prezidenti: İsraillə danışıqların yeni mərhələsi həlledici ola bilər
Hakan Fidan Azərbaycan səfiri ilə görüşüb
İran bütün ölkə ərazisi üzərində hava uçuşlarını tam bərpa edib
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib - YENİLƏNİB - FOTO
Tehranda Əli Xameneinin vida mərasimi ilə əlaqədar üç günlük tətil elan ediləcək
PA Vətəndaş Qəbulu Mərkəzində iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
İran və Oman Hörmüz boğazı üzrə birgə işçi qrupu yaradacaq
Kəmaləddin Heydərov III Dünya Korporativ Oyunlarında uğur qazanmış FHN komandalarının üzvləri ilə görüşüb - VİDEO
Azərbaycan, Serbiya və Türkiyə arasında media sahəsi üzrə təcrübə mübadiləsi keçirilib
Putin: Ukrayna Rusiyaya zərbələri ilə enerji təchizatını pozmağa və turizmə təsir göstərməyə çalışır
"Aeroflot"un keçmiş baş direktoru saxlanılıb