Bank Of Baku

Gürcüstanda “qızılgül inqilabı”nın dördüncü ildönümü qeyd edilir

Gürcüstanda “qızılgül inqilabı”nın dördüncü ildönümü qeyd edilir
# 23 noyabr 2007 10:41 (UTC +04:00)
Bu gün Gürcüstanda “qızılgül inqilabı”nın dördüncü ildönümü qeyd edilir. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, inqilabın ildönümü ölkənin ən əziz bayramlarından biri sayılan Müqəddəs Georgi Günü - “Giorqoba” ilə üst-üstə düşür. Polşa prezidenti Lex Kaçinski və Litva prezidenti Valdas Adamkus bayram tədbirlərində iştirak etmək üçün Tiflisə gəliblər. Onlar Müqəddəs Georgi Günü münasibətilə Kaşveti məbədində keçiriləcək dini ayində iştirak edəcək, prezident Mixail Saakaşviil və parlamentin sədri Nino Burcanadze ilə görüş keçirəcəklər. Axşam parlamentin binası qarşısında gürcü estrada ulduzlarının, Azadlıq meydanında isə İngiltərənin “Smokey” qrupunun konserti olacaq.
Qeyd edək ki, 4 il əvvəl parlament seçkilərində yol verilmiş saxtakarlığa qarşı başlayan etiraz nümayişləri prezident Eduard Şevardnadzenin istefası ilə nəticələnib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR