Bank Of Baku

Gürcüstan XİN: “Rusiyanın Gürcüstandakı hərbi bazalarını tam şəkildə çıxarması barədə bəyanatlar həqiqətəuyğun deyil”

Gürcüstan XİN: “Rusiyanın Gürcüstandakı hərbi bazalarını tam şəkildə çıxarması barədə bəyanatlar həqiqətəuyğun deyil”
# 23 noyabr 2007 14:46 (UTC +04:00)
“Rusiya öz hərbi bazalarının Gürcüstandan çıxarmaq barədə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyib”. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən yaydığı məlumata görə, bu fikirlər Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı rəsmi açıqlamada öz əksini tapıb. Rəsmi Tiflis Gürcüstanın Qudautuda yerləşən hərbi bazasını ləğv etmədiyini, bu bazanın fəaliyyətini davam etdirdiyini və Rusiya Silahlı Qüvvələrinin mənafeyi baxımından istifadə olunduğunu bəyan edib: “Rusiya Qudautudakı hərbi bazanı ləğv etməyib və bu obyekti hüquqi baxımdan Gürcüstanın mülkiyyətinə verməyib. Rusiya Xarici İşlər Nazirliyinin Gürcüstandakı hərbi bazaların çıxarılması barədə ATƏT-in İstanbul sammitində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi barədə fikir həqiqətəuyğun deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR