Bank Of Baku

Mikloş Haraşti Gürcüstanda “İmedi” telekanalının yayımının bərpa olunacağına ümid edir

Mikloş Haraşti Gürcüstanda “İmedi” telekanalının yayımının bərpa olunacağına ümid edir
# 24 noyabr 2007 08:19 (UTC +04:00)
Gürcüstan prezidenti Mixail Saakaşvili ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraştiyə seçki kampaniyası ərəfəsində ölkədə fikir plüralizminin bərpa olunacağına dair vəd verib. APA-nın məlumatına görə, M. Haraşti “İmedi” telekanalını nəzərdə tutaraq bildirib ki, ölkənin əsas kütləvi informasiya vasitəsindən biri qapalı qalarsa, seçkilərin ədalətliliyinə ciddi zərbə dəyəcək: “Plüralizmin məhdudlaşdırılması beynəlxalq ictimaiyyət tərəfindən haqlı sayıla bilməz”. Bununla yanaşı, M. Haraşti söz azadlığının məsuliyyətli peşəkarlıqla müşayiət olunmasının vacibliyini də vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR