Bank Of Baku

Gürcüstan parlamenti Mixail Saakaşvilinin istefasını təsdiqləyib və prezident səlahiyyətlərinin icrasını Nino Burcanadzeyə tapşırıb

Gürcüstan parlamenti Mixail Saakaşvilinin istefasını təsdiqləyib və prezident səlahiyyətlərinin icrasını Nino Burcanadzeyə tapşırıb
# 26 noyabr 2007 08:20 (UTC +04:00)
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, parlamentin qərarı ilə prezident səlahiyyətlərinin icrası müvəqqəti olaraq Nino Burcanadzeyə tapşırılıb. İstefaya çıxdıqdan sonra prezidentliyə namizəd qismində ilk açıqlamasını verən Mixail Saakaşvili prezidentliyə digər namizədlərə iş adamı Badri Patarkasişvilinin xeyrinə yarışdan çəkilmələri üçün pul təklif olunduğunu bildirib. O, “Rustavi-2” telekanalına müsahibəsində müxalifətdən yeganə namizəd kimi B. Patarkasişvilinin qalması üçün digər namizədlərə konkret məbləğlərin təklif olunduğunu söyləyib. M. Saakaşvili “İmedi” telekanalının yayımının bərpası məsələsini də məhz iş adamı ilə əlaqələndirib. Sabiq prezident müxalif mövqeli telekanalın “vicdansız məqsədlər güdən Badri Patarkasişvilinin çirkin oyunlarında” iştirak etməyəcəyinə dair qarantiya istəyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR