Bank Of Baku

9 nəfər prezident seçkilərində iştirak etmək üçün Gürcüstan MSK-ya ərizə ilə müraciət edib

9 nəfər prezident seçkilərində iştirak etmək üçün Gürcüstan MSK-ya ərizə ilə müraciət edib
# 26 noyabr 2007 15:12 (UTC +04:00)
Gürcüstanda prezident seçkilərində namizəd qismində qeydə alınmaq üçün Mərkəzi Seçki Komissiyasına 9 nəfər rəsmi müraciət edib. APA-nın “Qruziya-onlayn” portalına istinadən yaydığı məlumata görə, artıq MSK bu namizədlərin müraciətlərini rəsmi qeydiyyata alıb. MSK-da seçkilərdə iştirak üçün müraciət edənlər sabiq prezident Mixail Saakaşvili, “9 aprel hərəkatı”nın lideri Tamaz Bibiluri, “İmedi” hərəkatının təşəbbüs qrupunun rəhbəri İrina Sarişvili, “Yeni sağlar” partiyasının rəhbəri David Qamkrelidze, sahibkar Badri Patarkaçişvili, leyboristlərin lideri Şalva Natelaşvili, tarixçi Şalva Çerçvadze, aqronom Şalva Kupraşvili, daxili qoşunların sabiq komandanı, general Georgi Şevaşidzedir. Namizədlərin qeydə alınması prosesi davam edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR