Bank Of Baku

Gürcü-abxaz münaqişəsi zonasındakı sülhməramlıların komandanı Sergey Çabanın mandatı müvəqqəti uzadılıb

Gürcü-abxaz münaqişəsi zonasındakı sülhməramlıların komandanı Sergey Çabanın mandatı müvəqqəti uzadılıb
# 27 noyabr 2007 15:41 (UTC +04:00)
Müstəqil Dövlətlər Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının Qazaxıstanın paytaxtı Astanada keçirilən iclasında gürcü-abxaz münaqişəsi zonasında kollektiv sülhməramlı qüvvələrin komandanı Sergey Çabanın mandatının uzadılması barədə qərar qəbul olunub. APA-nın məlumatına görə, bunu yığıncağın yekunları ilə bağlı mətbuat konfransında Rusiyanın müdafiə naziri Anatoli Serdyukov deyib. O bildirib ki, kollektiv qüvvələr effektiv çalışır və öz vəzifəsinin öhdəsindən uğurla gəlir. Bununla yanaşı, A. Serdyukov yaxın vaxtlarda S. Çabanın yerinə yeni namizəd axtaracaqlarını da açıqlayıb. Nazir bunu Gürcüstanın xüsusi mövqeyi ilə əlaqələndirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR