Bank Of Baku

Gürcüstan prezidentliyinə azərbaycanlı namizədin seçki qərargahının rəhbəri oğurlanıb

Gürcüstan prezidentliyinə azərbaycanlı namizədin seçki qərargahının rəhbəri oğurlanıb
# 28 noyabr 2007 07:58 (UTC +04:00)
“Gürcüstanın Azərbaycanlı Jurnalistlər İttifaqı”ndan APA-ya verilən məlumata görə, noyabrın 27-də Gürcüstandan Azərbaycana gələn D. Gülməmmədov “Qırmızı Körpü” sərhədinin Gürcüstan hissəsində gürcü polisləri tərəfindən tutulub. O, gürcü polisləri tərəfindən zorla avtomobilə mindirilib və naməlum əraziyə aparılıb. Onun hazırda harada olduğu məlum deyil. Gürcüstanın Daxili İşlər Nazirliyi D. Gülməmmədovun həbs edilməsini təsdiqləmir.
Gürcüstan prezidentliyinə namizəd, Tiflis sakini, biznesmen Fazil Əliyev hadisə ilə bağlı Gürcüstanın hüquq-mühafizə orqanlarına müraciət etsə də, D. Gülməmmədovun harada olması haqda məlumat verilməyib. Qeyd edək ki, D. Gülməmmədov prezidentliyə namizəd F. Əliyevin seçki qərargahının rəhbəridir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR