Bank Of Baku

Gürcüstanda prezidentliyə namizəd Fazil Əliyevin seçki qərargahının rəhbəri Daşqın Gülməmmədovun həbsi ilə bağlı mətbuat konfransı keçirib

Gürcüstanda prezidentliyə namizəd Fazil Əliyevin seçki qərargahının rəhbəri Daşqın Gülməmmədovun həbsi ilə bağlı mətbuat konfransı keçirib
# 29 noyabr 2007 10:47 (UTC +04:00)
Gürcüstan Azərbaycanlıları Jurnalistlər Federasiyasının (GAJF) sədri Niyazi Hüseynov Gürcüstanda prezidentliyə namizəd Fazil Əliyevin seçki qərargahının rəhbəri Daşqın Gülməmmədovun həbsi ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, federasiya sədri bu həbsin Gürcüstan hakimiyyətinin azərbaycanlılara qarşı növbəti təzyiqi adlandırıb. Onun sözlərinə görə, noyabrın 27-də Qırmızı körpü keçid məntəqəsində 6 nəfər mülki geyimli şəxs tərəfindən oğurlanan D. Gülməmmədovun saxlanıldığı yer hələ bəlli deyil. N. Hüseynov bildirib ki, həmin şəxslər qərargah rəhbərini saxlayarkən Daxili İşlər Nazirliyinin Əkskəşfiyyat Departamentinin vəsiqəsini göstəriblər. O, D. Gülməmmədovun həbsi ilə bağlı Gürcüstan hüquq-mühafizə orqanlarının heç bir açıqlama vermədiyini vurğulayıb. Xatırladılıb ki, son illər ərzində Gürcüstanda 37 fəal azərbaycanlı öldürülüb, üç nəfər siyasi məhbusa çevrilib.
N. Hüseynov prezidentliyə namizəd Fazil Əliyevə qarşı da nələrinsə baş verəcəyini istisna etməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR