Bank Of Baku

Gürcüstan prezidentliyinə azərbaycanlı namizədin Seçki Qərargahı rəhbərinin zaminə götürülməsi üçün danışıqlar aparılır

Gürcüstan prezidentliyinə azərbaycanlı namizədin Seçki Qərargahı rəhbərinin zaminə götürülməsi üçün danışıqlar aparılır
# 01 dekabr 2007 12:38 (UTC +04:00)
Gürcüstan prezidentliyinə azərbaycanlı namizəd Fazil Əliyevin həbs edilən Seçki Qərargahının rəhbəri Daşqın Gülməmmədovun zaminə götürülməsi ilə bağlı danışıqlar aparılır. D. Gülməmmədovun vəkili Zura Rostaşvilinin APA-nın Gürcüstan bürosuna verdiyi məlumata görə, o, məsələ ilə əlaqədar dekabrın 2-də F. Əliyevlə birlikdə D.Gülməmmədovun saxlandığı “Ortacala” təcridxanasında olacaq və Seçki Qərargahı rəhbərinin zaminə çıxarılmasına çalışacaq. Qeyd edək ki, Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının rəhbəri, F. Əliyevin Seçki Qərargahının rəhbəri Daşqın Gülməmmədov dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR